ABŞ Kunduzda hava zərbələri zamanı 33 dinc sakinin həlak olması faktını təsdiqlədi

Ötən ilin noybar ayında ABŞ hərbi hava qüvvələrinin Kunduzda talibançılar üzərinə endirdiyi zərbələr nəticəsində 33 dinc sakinin həlak olması Əfqanıstanda və beynəlxalq aləmdə narazılıqla qarşılanmışdı. “Yeniavaz.com”un RIA Novostiyə istinadən verdiri məlumata görə, bunu nəzərə alaraq baş verən insidenti araşdıran ABŞ-ın müvafiq qurumları dinc sakinlərin ölməsi faktının təsdiq ediblər. Hadisə ilə bağlı ABŞ hərbi komandanlığının yaydığı məlumatda baş verənlərdən təəssüf hissi qeyd edilib. Bununla belə qeyd edilib ki, ABŞ aviasiyası Taliban mövqelərinə hava zərbələri endirərkən 33 dinc sakin ölüb və 27 nəfər yaralanıb və baş verənlər təsadüf kimi dəyərləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top