Dünya İqtisadi Forumu qlobal risklər barədə xəbərdarlıq edib

Yaxın illər ərzində dünyada ən çox ehtimal edilən risklər təbii fəlakətlər və ekstremal təbiət hadisələri ilə yanaşı, irimiqyaslı məcburi miqrasiya, terror aktları və məlumatların oğurlanmasıdır. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Dünya İqtisadi Forumunun illik məruzəsində deyilir. Məruzədə qeyd edilir ki, dünyanın inkişafını müəyyənləşdirən əsas tendensiyalar gəlirlərin qeyri-bərabər artımı, cəmiyyətin qütbləşməsi və əhalinin yaşlanmasıdır. Məruzə müəlliflərinin sözlərinə görə, müxtəlif ölkələrin əhalisinin mövcud vəziyyətdən narazılığı “Brexit” və Donald Trampın qələbəsinə gətirib çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top