Avropa polislərinə xəbərdarlıq: Gözünüz “iPhone” tapançalarında olsun

Avropa hüquq-mühafizə orqanları ABŞ-da yaxın vaxtlarda xarici görünüşü “iPhone” smartfonlarına bənzəyən qatlanan tapançaların istehsal olunacağı ilə bağlı təhlükə barədə xəbərdarlıq ediblər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Avropada polislərə qanunsuz yolla qitə ölkələrinə gətirilə biləcək “tapança-telefon”ların peyda olmasını izləmək tapşırılıb. 9 millimetr kalibrli qoşalülləli tapança ABŞ-ın “Ideal Conceal” şirkəti tərəfindən istehsal olunur, onun qiyməti təqribən 400 dollardır. Amerikalı alıcılar silahı yaxın həftələr ərzində ala biləcəklər, indiyədək artıq 12 min sifariş verilib.

DİGƏR XƏBƏRLƏR

Top