Cəlilabadda 18 yaşlı oğlan qətlə yetirilib

Cəlilabadda qətl törədilib. Azərbaycan prospekti 17 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən iki bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək olmayıb. Hadisəni törədən şəxs saxlanılsa da, onun kimliyi və hadisənin başvermə səbəbləri hələlik açıqlanmır. Faktla bağlı Cəlilabad rayon Prokrorluğunda araşdırma aparılır.APA

DİGƏR XƏBƏRLƏR

Top