"Beşmərtəbə"dən Azərbaycan prospektinə yeni hərəkət zolağı açılacaq

Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti istiqamətində avtomobillərin hərəkəti üçün zolaq yaradıla bilər.

Bu barədə açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin zolaq ərazidəki sıxlığı aradan qaldırmaq məqsədi daşıyır:

"Bununla bağlı xronometraj aparılacaq. Yaxın vaxtlarda ərazidə sıxlığı aradan qaldırmaq üçün hərəkətdə dəyişiklik edilə bilər. Həmin ərazidəki təhlükəsizlik zolağından Azərbaycan prospekti üzrə hərəkətdə olan avtomobillər üçün bir zolaq ayrıla bilər. Bir neçə günlük xronometrajın nəticələrinə baxılacaq. Əgər bu, ərazidə sıxlığı aradan qaldırsa, həmin zolaq avtomobillərin daimi istifadəsinə veriləcək".Trend

DİGƏR XƏBƏRLƏR

Top