İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacağının üzlüyünün altından bir bükümdə, xalis çəkisi 24,878 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top