Ronaldonun yeni butsu - FOTO

“Real” Madridin forvardı Kriştiano Ronaldo oyunlara yeni butsda çıxacaq. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni butsları onun üçün xüsusi olaraq “Nike” şirkəti hazırlayıb. K. Ronaldo yeni butsların siftəsini İspaniya çempionatının 17-ci turu çərçivəsində “Qranada” ilə matçda edəcək. Portuqaliyalı ulduz futbolçu “İnstaqram” səhifəsində yeni butsun görüntüsünü paylaşıb. Fotoda buts hücumçunun dekabrın 12-də aldığı “Qızıl top” mükafatının üstündə durur.

DİGƏR XƏBƏRLƏR

Top