İlin afrikalı futbolçusu seçildi

İlin afrikalı futbolçusu mükafatı Nigeriyanın paytaxtı Abucada keçirilən mərasimdə sahibini tapıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Afrika Futbol Konfederasiyası məlumat yayıb. Üzv ölkələrinin baş məşqçiləri və federasiya nümayəndələrinin iştirak etdiyi səsvermədə 361 xal toplayan Riyad Mahrez ilin afrikalı futbolçusu seçilib. O, 313 xal toplamış 2015-ci ilin qalibi qabonlu Pyer-Emerik Obameyanqı qabaqlaya bilib. Əlcəzairli futbolçu karyerasında ilk dəfə bu mükafata layiq görülüb. “Lester”in futbolçusu ilk dəfə 1992-ci ildə verilən mükafatı qazanan 16-cı fərqli futbolçu oldu. Mükafatı ən çox hərəyə 4 dəfə olmaqla “Antalyaspor”un kamerunlu forvardı Samuel Eto və “Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture qazanıblar. R. Mahrez ötən mövsüm tarixində ilk dəfə İngiltərə çempionu olan “Lester”in bu uğurunda böyak pay sahibi olub. 25 yaşlı futbolçu İngiltərə Peşəkar Futbolçular Birliyi tərəfindən ilin futbolçusu seçilmişdi və buna layiq görülən ilk afrikalı futbolçu olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top