Bakı "İnter"inin Antalya toplanışındakı rəqibləri müəyyənləşib

Bakının "İnter" klubunun Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışındakı rəqibləri müəyyənləşib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, "bankirlər" 3 yoxlama oyununa çıxacaqlar. İlk görüş yanvarın 18-də Rumıniyanın "Botoşani" klubuna qarşı olacaq. "Botoşani" 21 turdan sonra 25 xalla 8-ci pillədə qərarlaşıb. Ertəsi gün rəqib Tacikistan çempionu "İstiqlol" komandası olacaq. Yanvarın 21-də isə "İnter" Rusiya Premyer Liqasında çıxış edən "Orenburq"la üz-üzə gələcək. Qeyd edək ki, Rumıniyanın "Politexnika Yassı" klubunun rəsmi saytında yanvarın 23-də "İnter"lə yoxlama görüşünün keçiriləcəyi yazılıb. Lakin paytaxt klubu bu rəqiblə görüşün nəzərdə tutulmadığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top