"Trabzonspor" "Qalatasaray"lı futbolçuya "elçi" düşüb

Türkiyənin "Trabzonspor" klubu "Qalatasaray"ın uzun müddətdir ehtiyat oyunçular skamyasında qalan futbolçusunu almaq niyyətindədir. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu futbolçu Yasin Öztəkindir. Qaradəniz təmsilçisi "Aslan"dan bu oyunçunu kirayə almaq üçün müraciət eləyəcək.

Uzun müddətdir əsas heyətdən uzaq qalan 29 yaşlı futbolçunun şərtlərini araşdıran "Trabzonspor", "Qalatasaray"dan mövsümün axırına qədər icarə əsasında razılığa gəlmək istəyir. Qeyd edək ki, bu keçid baş tutarsa Yasin "Qalatasaray"da aldığı məvacibdən artıq maaş alacaq.

DİGƏR XƏBƏRLƏR

Top