Məşhur futbolçu terrora görə Türkiyədən getmək istəyir

“Beşiktaş”ın məşhur futbolçusu Adriano qış transfer dövründə uyğun təklif gəldiyi halda Türkiyədən getmək istəyir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu arvad və uşaqlarını artıq Barselonaya göndərib. Adrianonun Türkiyədə baş verən terror hadisələrinə görə təsirləndiyi və bu səbəbdən də klubdan ayrılmağı düşündüyü bildirilir. Mövsümün əvvəlində “Barselona”dan transfer edilən 32 yaşlı Adriano bu mövsüm 22 rəsmi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

DİGƏR XƏBƏRLƏR

Top