Serj Sarkisyan: Aksiyalar gözlənilməz nəticələrə səbəb ola bilər

Ermənistanın Baş naziri Serj Sarkisyan geri qaytarılmaz itkilərdən yayınmaq naminə müxalifətçi Nikol Paşinyanı dialoqa çağırıb.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, S. Sarkisyan daxili siyasi vəziyyətin davam edən inkişafından dərin narahatlıq keçirdiyini bildirib: “Geri qaytarılmaz itkilərdən yayınmaq üçün parlamentin deputatı Nikol Paşinyanı siyasi dialoq üçün danışıqlar masası arxasına oturmağa çağırıram”.

O əmin olduğunu bildirtib ki, ölkənin bütün siyasi qüvvələri dialoqun formalaşdırılmasına xidmət edə bilər: “Hakimiyyət vətəndaşların dinc aksiyalarına həmişə hörmət edib və edəcək, lakin baş verənlər gözlənilməz nəticələrə səbəb ola bilər”.

DİGƏR XƏBƏRLƏR

Top