Azərbaycanın yeni baş naziri: "Bundan sonra başqa formada işləməyə başlayacağam"

“Bu günə qədər ancaq çox danışırdımsa, yeni işimlə əlaqədar bundan sonra daha çox başqa formada işləməyə başlayacam. Yəni, daha çox işləmək lazım olacaq".

Bunu Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.

O bildirib ki, Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir: "Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik”.

N. Məmmədov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə, onun namizədliyini təsdiq etdiyi üçün Milli Məclisə minnətdarlığını bildirib. APA

DİGƏR XƏBƏRLƏR

Top