Suriyada çeçen jurnalist öldürüldü

Çeçenistanın “Qroznıy” teleradio şirkətinin ştatdankənar müxbiri İhab Balan Suriyada öldürülüb.

Yeniavaz.com-un “Vzqlyad” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Çeçenistanın başçısı Ramzan Kadırov özünün “VKontakte” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İ. Balan cümə namazından öncə nişan alınaraq öldürülüb.

R. Kadırov bildirib ki, müxbirin ailəsinə maddı yardım və dəstək göstəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top