Əfqanıstanda partlayış törədilib - 5 nəfər ölüb, 14-ü yaralanıb

Əfqanıstanda terror aktı törədilib.

Hadisə Nanqarhar əyalətinin Hasaki Mine rayonunda qeydə alınıb.

Belə ki, dinc sakinləri daşıyan avtomobilin keçdiyi vaxtda yol kənarına yerləşdirilən partlayıcı qurğu işə düşüb, nəticədə 5 nəfər ölüb, 14-ü yaralanıb.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib. Report

DİGƏR XƏBƏRLƏR

Top