Paşinyan: Dörd günə Ermənistanda hakimiyyət dəyişə bilər

Ermənistanda hökumətə qarşı etiraz hərəkatının təşkilatçısı deputat Nikol Paşinyan aprelin 24-də ölkədə hakimiyyət dəyişikliyinin baş verəcəyini istisna etməyib.

Bu barədə “nc4.info” məlumat yayıb.

“Qabaqcadan heç nə deyə bilmərəm, xalq bunu istəsə, yəqin ki, belə də olacaq”,- deyə Paşinyan bildirib.

Paşinyan hakimiyyət dəyişəcəyi təqdirdə xalqın kimi hökumətin başına gətirəcəyini bilmədiyini desə də, özünün baş nazir seçilmə şanslarını heç də aşağı qiymətləndirmir.

Paşinyan hakimiyyətlə dialoqa hazır olduğunu bildirsə də, ilkin şərt olaraq baş nazir Serj Sarkisyanın istefası tələbini irəli sürəcəklərini vurğulayıb. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top