Türkiyə parlamenti növbədənkənar prezident və parlament seçkiləri barədə qərar qəbul edib

Bu gün Türkiyə Böyük Millət Məclisində növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təklif səsverməyə çıxarılıb. Türkiyənin NTV telekanalının məlumatına görə, təklif parlamentdə 386 səslə qəbul edilib. Beləliklə, bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Təklifin müəllifləri Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasıdır.APA

DİGƏR XƏBƏRLƏR

Top