Polis bölməsinin ərzisində top mərmisi tapıldı - Bakıda

Bu gün saat 13:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib. Rayonun 17-ci polis bölməsinin inzibati ərazisinə baxış keçirilib, üç ədəd boş top mərmisi (1 ədəd 100 mm-lik OF-412, 1 ədəd 122 mm-lik S-463 və 1 ədəd 122 mm-lik OF-530) aşkar olunub. Mərmilər götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. APA

DİGƏR XƏBƏRLƏR

Top