OPEK-dən Trampa cavab gəldi


OPEK neftin qiymətini idarə etmək məqsədini güdmür.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu OPEK-in baş katibi Məhəmməd Barkindo ABŞ Prezidenti Donald Trampın “OPEK neftin qiymətini süni şəkildə yüksəldir” sözlərini şərh edərkən deyib.

O bildirib: “Qiymət bizim məqsədyönlü istiqamətimiz deyil. Hədəfimiz bazarda sabitliyi bərpa etməkdir. Təkcə istehsalçıların deyil, həm də istehlakçıların maraqlarına uyğun hərəkət edirik”.

Baş katib əlavə edib ki, bu mənada Amerika şirkətləri də OPEK ölkələrinin göstərdiyi səylərdən qazanıblar.

DİGƏR XƏBƏRLƏR

Top