Lavrov Türkiyəni ABŞ-a qarşı müdafiə etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin S-400 zenit-raket komplekslərini almaq istəyinə görə ABŞ-ın sanksiyaları ilə üzləşmək ehtimalını şantaj adlandırıb. Rusiya KİV xəbər verir ki, bu barədə Lavrov canlı yayımda çıxışı zamanı deyib. “Dövlət katibinin müavini Uess Mitçelin Ankaranın S-400 alacağı təqdirdə sanksiyalara məruz qalacağı ilə bağlı açıqlamasını şantaj hesab edirik. Bu ədalətsiz rəqabətin formalarından biridir”-deyə o sözlərinə əlavə edib. Aprelin 18-də Mitçel çıxışı zamanı Ankaranı taktiki maraqları naminə Moskvaya strateji güzəştlərə getməməyi məsləhət görmüşdü. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top