Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib. İcra Hakimiyyəti başçısınını müavini, ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Teymir Səmədov başçsının birinci müavini təyin olunub. Digər sərəncamla Ülviyyə Müzəffəfova Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib. Qeyd edək ki, son təyinata qədər Ülviyyə Müzəffəfova Sumqayıt şəhər 1 nömrəli uşaq poliklinikasının baş həkimi vəzifəsində çalışıb.Qafqazinfo