Bu ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,3 saat təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, ötən ilin analoji dövrü ilə müqayisədə işçilərin iş saatının miqdarı artıb. Belə ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı builki göstəricidən 2,5 saat az olub.
Azərbaycanda ən çox işləyənlər ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahənin işçiləri ay ərzində orta hesabla 158,2 saat işləyirlər ki, bu da ötən illə müqayisədə 1,2 saat çoxdur. Ən az işləyənlər isə təhsil sahəsində çalışanlardır. Təhsil sahəsində çalışanlar ay ərzində 146,7 saat işləyiblər və bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,2 saat artıq olub.
Digər sahələrdə isə ay ərzində iş saatlarının miqdarı belə olub:
İqtisadi fəaliyyət növləri |
İş saatlarının miqdarı |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
151,2 |
Mədənçıxarma sənayesi |
155,0 |
Emal sənayesi |
151,9 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
155,1 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
155,4 |
Tikinti |
152,4 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri |
158,2 |
Nəqliyyat və anbar təsərrüfatı |
148,6 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
156,7 |
İnformasiya və rabitə |
154,2 |
Maliyyə və sığorta fəaliyyəti |
153,1 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
153,2 |
Peşə, elmi və texniki fəaliyyət |
150,7 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
150,3 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
157,0 |
Təhsil |
146,7 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
148,9 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
153,9 |
Digər sahələrdə xidmətlərin göstərilməsi |
147,8 |