Meksika ABŞ-dan 1,2 milyard dollar dəyərində helikopterlər alacaq


ABŞ Meksikaya 1,2 milyard dollar dəyərində 8 ədəd helikopter satacaq. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi Agentliyinin məlumatında deyilir. Bildirilir ki, ABŞ Dövlət Departamenti “MH-60R Seahawk” tipli göyərtə çoxhədəfli helikopterlərinin Meksikaya mümkün satışını qəbul edin. Helikopterlərin ümumi dəyəri təxminən 1,2 milyard dollar təşkil edir. Meksika hökuməti həmin helikopterlərdən silahlı qüvvələrin modernləşdirilməsi və cinayətkar təşkilatlarla mübarizə məqsədilə istifadə etməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top