SOCAR vitse-prezidentinin müşaviri niyə işdən çıxarıldı?

2017-ci ilin dekabrında SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilən keçmiş mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilib. N.Quliyevin işdən azad olmasına səbəb qurumla bağlı kimlərləsə məxfi yazışması olub. Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov N.Quliyevin işdən çıxarılmasını təsdiqləyib: “Nizaməddin Quliyev ərizə yazaraq işdən ayrılıb”.

Xatırladaq ki, ötən il SOCAR-da mətbuatla əlaqələrin qurulması vahid strukturda birləşdirilərək optimallaşdırılıb. Belə ki, qurumun mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilərək, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilib.

SOCAR-ın yeni yaradılan İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəisi vəzifəsinə Rüfət Zamanov, onun müavini vəzifəsinə isə İbrahim Əhmədov təyinat alıb. R.Zamanov buna qədər SOCAR-ın Protokol idarəsinin rəisi vəzifəsində çalışıb.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top