Ərdoğan: Səslərin MHP-yə getməsinə yol vermək olmaz

“Milliyətçi Hərəkat Partiyası (MHP) ilə ittifaq ittifaq qururuq deyə seçicilərin səsini MHP-nin xeyrinə itirməməliyik”.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, MHP və AKP arasında bu cizgiyə də diqqət edilməlidir, eyforiyaya qapılmamaq lazımdır: “Onsuz da MHP də bizdəndir, MHP-yə səs verək ab-havasına girməmək lazımdır”.

Prezident bildirib ki, yeni çağırış parlamentində komitələrdə çoxluğu qazanmağa ehtiyac var: “Bu səbəbdən də tək bir səs də önəmlidir. Seçiciləri xəbərdar edin, seçki bülleteninə möhur vuranda diqqətli olsunlar. Xüsusilə də kürd seçicilərin üzərindən qarayaxma təbliğatına qarşı diqqəli olmaq lazımdır. Çünki bölgədə MHP-AKP ittifaqına verilən səsin MHP-yə gedəcəyinə dair təbliğat aparılacaq. İttifaq qururuq deyə kürd seçicilərin bizdən uzaqlaşmamasına icazə verməyək”.

DİGƏR XƏBƏRLƏR

Top