Şabran rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:17-də Siyəzəndən 13 km şimal-qərb istiqamətdə, Şabran ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.4 bal olan zəlzələ 10 km dərinlikdə qeydə alınıb.
Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.