Rusiya Dünya Ticarət Təşkilatına (DTT) müraicət edərək ABŞ-dan təzminat tələb edib.
Buna səbəb ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi əlavə gömrük rüsumudur.
Rusiya bu qərarın beynəlxalq ticarət qaydalarına zidd olduğunu açıqlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın martda polad məhsullarının idxalına 25% və alüminium məhsullarının idxalına isə 10% əlavə vergi tətbiq ediləcəyini açıqlamışdı.
Çin, Hindistan və Avropa İttifaqı da eyni tələblə DTT-yə müraciət ediblər. Qafqazinfo