Türkiyədə iki deputatın mandatı ləğv edildi

Türkiyə parlamentinin iki millət vəkilinin deputatlıq mandatı ləğv edilib.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hər iki deputat müxalif Xalqların Demokratik Partiyasının (HDP) üzvüdür.

Bunlar Şanlıurfadan parlamentə deputat seçilmiş Osman Baydemir və Hakkaridən deputat seçilmiş Selma Irmakdır.

Hər iki deputat haqqında məhkəmə yekun cəza verdiyinə görə onların deputatlıq mandatları əllərindən alınıb.

Belə ki, S. Irmak silahlı terror təşkilatına üzv olmaq və terror təşkilatını təbliğ etmək cinayət işləri üzrə 10 il, O. Baydemir isə polisi təhqir etmək cinayət işi üzrə 1 il 5 ay 15 gün azadlıqdan məhrum ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top