Son 4 ildə ilk dəfə “Brent” neftin qiyməti 74 dolları ötdü

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında keçirilən hərraclar zamanı “Brent” markalı neftin1 barelinin qiyməti bu gün 74 dolları keçib.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, 2014-cü ilin noyabrından bəri ilk dəfə bu markalı neftin qiyməti 74 dlolları ötür. Belə ki, “Brent” markalı neftin qiyməti 0,944 faiz bahalaşaraq 74,18 dollara çatıb. WTI markalı neftin qiyməti isə 0,926 faiz artaraq 69,11 dollaradək yüksəlib.

Ardıcıl iki həftdəri neftin qiyməti inamla artır və bu müddət ərzində Avropa neftinin müxtəlif sortları 9-11 faiz bahalaşıb. Bu, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, eləcə də ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatlar fonunda baş verir.

DİGƏR XƏBƏRLƏR

Top