Şimali Koreyada son 40 ildə ilk dəfə bu tituldan istifadə edildi

Şimali Koreyanın rəsmi KİV-i ilk dəfə olaraq ölkə lideri Kim Çen Inın həyat yoldaşı Li Sol Çjunu Koreya Xalq Demokratik Respublikasının möhtərəm birinci xanımı adlandırıb.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, müşahidəçilər qeyd ediblər ki, bu titul Şimali Koreyada artıq 40 ildən çoxdur istifadə edilməyib.

Qərb ekspertləri güman edirlər ki, Kim Çen In Cənubi Koreya və ABŞ ilə qarşıdakı danışıqlar ərəfəsində həyat yoldaşının mövqeyini gücləndirmək üçün ona rəsmi birinci xanım status verə bilər.

DİGƏR XƏBƏRLƏR

Top