Sarkisyan Aİ ilə sazişin ratifikasiyasına dair fərman imzaladı

Ermənistan Prezidenti Armen Sarkisyan Avropa İttifaqı (Aİ) və Ermənistan arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında sazişin ratifikasiyası haqqında qanun imzalayıb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölkə parlamenti Aİ ilə sazişi ratifikasiya etmişdi. Aİ sənədin qəbul edilməsindən sonra Ermənistana 2020-ci ilədək 175 milyon dollar həcmində maliyyə yardımı ayıracaq.

Resplika hökuməti bu vəsaitləri sazişin şərtlərinin yerinə yetirilməsinə xərcləməlidir. Həmçinin, Aİ-nin Ermənistana viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planı təqdim edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top