Gürcüstandan gətirilən avtomobillər ucuzlaşıb

Gürcüstandan Azərbaycana bu ilin ilk 3 ay ərzində 25,3 milyon dollar dəyərində avtomobil ixrac olunub.

Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, son 3 ay ərzində Gürcüstandan Azərbaycana 1380 ədəd avtomobil gətirilib və bir ədəd avtomobilin orta qiyməti 18,3 min dollar təşkil edib. Keçən illə müqayisədə qonşu ölkədən gətirilən avtomobillərin sayı 5,9 dəfə və 1149 ədəd çox olub. Məlumat üçün bildirək ki, ötən ilin ilk 3 ayında Gürcüstandan gətirilən avtomobillərin orta qiyməti 26,9 min dollar olub. Bundan başqa siqaret (ilk 3 ay ərzində 14,2 milyon dollar) və əczaçılıq məhsulları da (7,4 milyon dollar) ən çox ixrac olunan məhsullardan olub.

DİGƏR XƏBƏRLƏR

Top