Qatarlara gecikənlər biletlərini geri qaytara biləcəklər - Rusiyada

Rusiya Prezidenti Vladimir Putin "Dəmir yolu nəqliyyatının nizamnaməsi"nə edilmiş dəyişikliyi təsdiqləyib. Dəyişiklik dəmir yolu nəqliyyatında indiyə qədər qaytarılmayan biletlərin xüsusi tarif əsasında geri qaytarılmasını nəzərdə tutur. Belə ki, sərnişin qatara bədbəxt hadisə, özünün və yaxud ailə üzvünün səhhətində yaranmış problem, həmçinin ölüm halında gecikərsə bileti qaytara biləcək. Amma bütün üzrlü səbəblər sənədlərlə təsdiq olunmalıdır. Report

DİGƏR XƏBƏRLƏR

Top