10 yaşlı iki məktəblini avtomobil vurdu

Şamaxı və Ağdaş rayonlarında şagirdlərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Şamaxı şəhər sakini, 2008-ci il təvəllüdlü Məlikov Mehdi Azər oğlu yolu keçərkən avtomobil onu vurub. Ayağından ağır xəsarət alan uşaq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağdaş rayonunun Şəkili kənd sakini, 2008-ci il təvəllüdlü Eyyubov Məhəmməd İlyas oğlunu isə oxuduğu orta məktəbin qarşısında avtomobil vurub. Başından ağır xəsarət alan Məhəmməd İlyasov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hər iki faktla bağlı araşdırma aparılır.APA

DİGƏR XƏBƏRLƏR

Top