İrəvanda etirazçılar hökumət binalarını blokadaya almaq niyyətindədirlər

İrəvanda keçirilmiş mitinqdə müxalifətçi deputat Nikol Paşinyan nümayişçiləri sabah saat 09:00-dan Respublika Meydanına yığışmağa çağırıb.

O, etirazçıları aprelin 19-dan etibarən hökumət binalarını blokadaya almağa, nazirlər kabinetinin fəaliyyətini iflic etməyə çağırıb.

Bu gün İrəvanda müxalifətin növbəti mitinqi keçirilib.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz olaraq keçirilir. apa

DİGƏR XƏBƏRLƏR

Top