ABŞ Suriyaya yeni zərbələr endirə bilər

Kimyəvi silahla bağlı insident təkrarlansa, ABŞ Suriyaya qarşı yeni zərbələr endirə bilər. Bunu ABŞ Nümayəndələr Palatası xarici işlər komitəsinin nümayəndəsi Ed Roys deyib.

Komitədə keçirilən dinləmələrdə çıxış edən Roys, ABŞ-ın son zərbələrinin tam qanuni və əsaslı olduğunu vurğulayıb. Belə ki, konqresmenin sözlərinə görə bu, kimyəvi silahdan istifadə etməklə həyata keçirilmiş “vəhşi hücuma” Vaşinqtonun cavabı olub.

“Əsədin bu ismarıcı anladığına inanıram. Yox əgər anlamayıbsa, yeni zərbələr endirilə bilər”, - deyə Roys bildirib.

Xatırladaq ki, aprelin 14-də ABŞ, Britaniya və Fransa Suriyanın hökumət obyektlərinə raket zərbələri endirib. Koalisiya liderləri əmin edir ki, zərbələrdə yalnız kimyəvi silahların istehsal olunduğu obyektlər hədəfə alınıb. virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top