Putinin zirehli limuzini satışa çıxarılıb

Rusiya prezidenti Vladimir Putinin avtomobili “Avto.ru” saytında 8,5 milyon rubla satışa çıxarılıb. 2003-cü il buraxılışı olan göy rəngli zirehli “Mercedes-Benz Pullman W220 S600” limuzini şəxsi kolleksiyadadır.

Avtomobilin yürüş məsafəsi 88 min kilometrdir. “Nəqliyyat vasitəsi Kremlin qarajında olub və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hakimiyyəti vaxtında istifadə edilib”, - elanda deyilir.

Elanda avtomobilin xüsusi sifarişlə hazırlandığı qeyd olunur. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top