Serj Sarkisyanın müavinləri müəyyənləşdi


Ermənistan Prezidenti Armen Sarkisyan ölkə hökumətinin keçmiş başçısı Karen Karapetyanı Baş nazirinin birinci müavini təyin edib. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Prezidenti müvafiq fərman imzalayıb. A. Sarkisyanın digər fərmanı ilə Vaçe Qabrielyan və Armen Gevorkyan Baş nazirin müavinləri təyin ediliblər. Xatırladaq ki, ötən gün Ermənistan Milli Yığıncağı ölkənin keçmiş Prezidenti Serj Sarkisyanı Baş nazir seçib.

DİGƏR XƏBƏRLƏR

Top