Donald Tusk: Rusiya və İran oyun oynamağı dayandırmalıdır


Rusiya və İran Suriyada oyun oynamağı dayandırmalı və BMT-nin himayəsi altında Suriya münaqişəsinin sülh yolu ilə tənzimlənməsi haqqında danışıqlar prosesinə qoşulmalıdırlar. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Şurasının sədri Donald Tusk Strasburqda Avropa Parlamentinin plenar sessiyasında çıxış edərkən deyib. Onun sözlərinə görə, bu faciəyə son qoymaq üçün Suriyada bütün tərəflər BMT-nin başçılığı ilə siyasi prosesə təcili qoşulmalıdırlar: “Hər şeydən əvvəl Rusiya və İran oyun oynamağı dayandırmalı, məsuliyyətli və sülh həllinin axtarışına ciddi qoşulmalıdırlar”.

DİGƏR XƏBƏRLƏR

Top