12000 müəssisə, 47000 sahibkar qeydiyyatdan keçib, amma cəmi 100 nəfər işlə təmin olunub - RƏSMİ STATİSTİKA

Bu ilin aprel ayının 1-nə olan məlumata görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 75 min 900 nəfər olub. Yeniavaz.com Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 57 min 700 nəfər artıb.

Son bir il ərzində məşğul əhalinin sayı isə 57 min 800 nəfər artaraq 4 milyon 823 min 400 nəfərə çatıb. Nəticədə Azərbaycanda işsiz insanların sayı son bir il ərzində cəmi 100 nəfər azalaraq 252 min 600 nəfərdən 252 min 500 nəfərə enib. Bu həm də o deməkdir ki, son bir ərzində işləyən insanların sayı cəmi 100 nəfər artıb.

Dövlət Statistika Komitəsinin açıqladığı maraqlı məlumatlardan biri isə odur ki, son bir il ərzində Azərbaycanda qeydiyyatdan keçən müəssisə və təşkilatların sayında 11 min 823 artım qeydə alınıb. Belə ki, ötən ilin aprel ayının 1-i vəziyyətinə ölkədə 109 min 502 müəssisə və təşkilat qeydə alınıbsa, bu ilin aprel ayının 1-i vəziyyətinə bu rəqəm 121 min 325 olub. Eyni zamanda son bir il ərzində fərdi sahibkarların sayı 47 min artaraq 575 mindən 804 minə yüksəlib.

Ötən bir il ərzində ölkədə 11 min 823 yeni müəssisə və təşkilatın və 47 min fərdi sahibkarın qeydə alınmasına baxmayaraq işsiz insanların sayında cəmi 100 nəfərlik azalma başa düşülən deyil.

DİGƏR XƏBƏRLƏR

Top