Daxili işlər nazirinin avtomobil karvanı qəzaya uğradı - Türkiyədə

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun avtomobil karvanı qəzaya uğrayıb. Hadisə Tekirdağ vilayətində qeydə alınıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Hadisəyə səbəb kimi yaxından keçən yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi göstərilir. Yük maşını bir neçə avtomobilə dəyib. Nazirin xəsarət almadığı bildirilir. Qeyd edək ki, Türkiyədə ilin ilk 3 ayı ərzində 93 966 yol-nəqliyyat hadisəsi baş verib.Trend

DİGƏR XƏBƏRLƏR

Top