Rusiya neftinin ən böyük alıcıları müəyyənləşdi


“Forbes” jurnalı ötən il ərzində Rusiya neftinin ən böyük 20 alıcısının siyahısını dərc edib. Yeniavaz.com-un “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, reytinqə “Lukoyl”un treydinq törəməsi olan İsveçrənin “Litasco” şirkəti rəhbərlik edir. “Litasco” 2017-ci ildə 12,9 milyard dollar dəyərində müqavilələr bağlayıb və 1 barel neftin 48,5 dolları qiyməti ilə 35,9 milyon ton Rusiya nefti alıb. İkinci yerdə “China National United Oil Corporation” (Çinin CNPC şirkətinin strukturu) qərarlaşıb. Çin təmsilçisi rusiyalı partnyorlardan 11 milyard dollar dəyərində 28,9 milyon ton neft (1 barelə görə təqribən 51,7 dollar) alıb. İlk üçlüyü isə “Rosneft”in törəmə şirkəti “Rosneft Trading” tamamlayır. Şirkət ötən il 22,2 milyon ton neftə görə 8,3 milyard dollar (1 barelə görə 50,7 dollar) ödəyib. Sonrakı yerləri mübafiq olaraq, Total Oil Trading, Tatneft Europe, Shell Trading, Glencore, Orlen, QHG Trading tuturlar.

DİGƏR XƏBƏRLƏR

Top