Türkiyədə daha bir alman vətəndaşı həbs edildi


Türkiyədə beş gündür nəzarətdə saxlanılan Adil Demirci adlı alman və türk vətəndaşı məhkəmə tərəfindən həbs edilib. Yeniavaz.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, A. Demirci aprelin 13-də Etkin Haber Ajansı əməkdaşlarına qarşı keçirilən əməliyyatda Semiha Şahin və Pınar Gayıp ilə birlikdə saxlanılıb. O, terror təşkilatına üzv olmaqda və terror təşkilatının təbliğatını aparmaqda ittiham edilir. A. Demirci Almaniyada yaşayır və işləyir, tətil keçirmək məqsədi ilə gəldiyi Türkiyədə saxlandığı bildirilir. Almaniya Xarici İşlər Nazirliyi daha əvvəl Türkiyədə siyasi səbəblərə görə 4 alman vətəndaşının həbsdə olduğunu açıqlamışdı. 73 yaşlı Ənvər Altaylı xaric digər üç nəfərin şəxsiyyəti ictimaiyyətə məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top