42 yaşlı kişinin qulağının kəsilməsinin təfərrüatları məlum olub

Ötən gecə Lənkəranda 42 yaşlı kişinin qulağının kəsilməsi ilə nəticələnən hadisənin səbəbi məlum olub. Girdəni kəndindən keçən yolda tanımadığı şəxslərin hücumuna məruz qalan Ləj kənd sakini, 1976-cı il təvəllüdlü Əliağayev Vaqif Balaxan oğlu deyib ki, ona xəsarət yetirən şəxslər sərxoş vəziyyətdə olub: “Maşında ailə üzvlərimlə gedirdim. Bir də gördüm arxadan başqa maşın “marqat” edir. Həmin avtomobil çox yaxın sürürdü və körpünün üstünə çıxanda uşaqlar maşında qışqırışmağa başladı ki, “ata arxadan gələn maşın bizi vurur”. Elə körpünün üstündə maşını vurdular, tez qabağa sürüb mənim maşınımın qarşısını kəsdilər. Düşən kimi münaqişə yarandı, dedim telefon nömrələrini ver, ailə-uşaq maşındadır, əlaqə saxlayarıq. Dirəndilər ki, bəs sən bizim maşını vurmusan. Dedim sən arxadan gəlirdin necə sənin maşınını vura bilərəm ki? 5 nəfər idi, hamısı da içkili. Dedilər biz rütbəli adamlarıq, bilmirsən kimə ilişmisən. Elə həmin andaca biri məni vurdu, başımı çəkdim, heç hiss etmədim. O birisi qışqırdı ki, qan apardı. Mən də 102-yə zəng etmək istədiyimi görüb tez qaçdılar. Başımı kənara çəkməsəydim bıçaq boğazımı üzəcəkdi, qulağıma dəydi. Onlar sadəcə içkili vəziyyətdə kiməsə sataşmaq istəyirdilər, mənə rast gəldilər”.lent.az

***

Ötən gecə Lənkəranda 42 yaşlı kişinin qulağının kəsilməsi ilə nəticələnən hadisə barədə bəzi məqamlar üzə çıxıb. Hadisə Girdəni kəndindən keçən yolda qeydə alınıb. Belə ki, Ləj kənd sakini, 1976-cı il təvəllüdlü Əliağayev Vaqif Balaxan oğlu avtomobillə hərəkətdə olarkən tanımadığı şəxslər onun qarşısını kəsib. Bu zaman münaqişə baş verib və şəxsiyyəti hələlik məlum olmayan şəxs V.Əliağayevin qulağını kəsib. Hadisə vaxtı V.Əliağayevin ailə üzvləri maşında olub. Onun həmin şəxslərlə daha əvvəl mübahisə etdiyi və həmin söhbətin davamı olaraq münaqişənin baş verdiyi bildirilir. Artıq V.Əliağayevə xəstəxanada yardım göstərilib və onun qulağı yerinə tikilib. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top