Rusiyada şagird sinif yoldaşlarına hücum etdi, yanğın törətdi


Başqırdıstanın Sterlitamak şəhərində məktəb şagirdi bıçaq ilə sinif yoldaşlarına hücum etdikdən sonra məktəbdə yanğın törədib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yeniyetmə məktəbin qız şagirdini yaralayıb, ardından informatika otağına od verməyə çalışıb. Nəticədə təqribən 1 kvadratmetr sahə yanıb, hücum edən məktəblini saxlayıblar. Hadisənin təfərrüatı araşdırlır. Ümumilikdə 4 nəfərin xəsarət aldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top