Neftçalada kütləvi dava: yaralananlar var

Bu gecə Neftçala rayonunda kütləvi dava zamanı bıçaq xəsarəti alan şəxslərin kimliyi müəyyənləşib. Rayondakı restoranlardan birində içki məclisinin sonunda baş verən insident zamanı Neftçala rayonunun Xolqarabucaq kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Vüsal Əzzağa oğlu, Qırmızıkənd sakini, 1985-ci il təvəllüdlü Əsgərov Valid Həsənqulu oğlu və Salyan rayonunun Şorsulu kənd sakini, 1994-cü il təvəllüdlü Mirzəyev Babı İsmayıl oğlu çoxsaylı bıçaq xəsarəti alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. Davada xəsarət almayan 2 nəfər saxlanılıb. Faktla bağlı Neftçala rayon Polis Şöbəsində cinayət işi başlanıb. APA

DİGƏR XƏBƏRLƏR

Top