Yevlaxda ağır yol qəzası - ölən və yaralananlar var

Yevlaxda ağır yol qəzası baş verib. Hadisə Yevlax rayonu ərazisində baş verib. Hərəkətdə oln “VAZ-2106” markalı “66 BM 071” dövlət qeydiyyat nişanlı avtomobil yüksək hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına düşüb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Yaralılar Yevlax Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı avtomobildə 4 nəfər olub. Hazırda qəzanın səbəbləri və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.APA

DİGƏR XƏBƏRLƏR

Top