Cəbrayıl köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürüb

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb. “VAZ 2106” markalı avtomobil velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. APA

DİGƏR XƏBƏRLƏR

Top