“Arsenal”ın Çempionlar Liqası arzusu 1 il təxirə düşür - Video

İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir. Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Arsenal” səfərdə “Nyukasl”la qarşılaşıb.

Hesabı Arsen Vengerin komandası açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. “Nyukasl” növbətiu dəqiqələrdə iki qol vuraraq matçdan qalib ayrılıb.

Bu, “Nyukasl”ın ardıcıl 4-cü qələbəsi olub.

Qeyd edək ki, “Arsenal” hazırda 54 xalla 6-cı pillədə qərarlaşıb və 4-cü pillədəki “Tottenhem”dən 13 xal geri düşüb. Bu isə onların Çempionlar Liqasına getmək şansının möcüzələrə qalması deməkdir.

“Nyukasl” – “Arsenal” - 2:1

Qollar: 29 - Perez, 68 – Ritçi / 14 - Lakazet

Qafqazinfo

Arsenal

DİGƏR XƏBƏRLƏR

Top