Azərbaycan Qran-prisinin qalibi Bakıya qələbə ilə gəlir

"Formula 1" üzrə Çin Qran-prisinə yekun vurulub. Yarışın qalibi adını "Red Bull"un pilotu Daniel Rikkardo qazanıb. Avstraliyalı pilot 56 dövrəlik mübarizəni birinci pillədə başa vurub. Sonrakı ikinci yeri "Mercedes" və "Ferrari"nin finlandiyalı pilotları Valtteri Bottas və Kimi Raykonnen əldə edib.

Rikkardo karyerasında 6-cı qələbəni əldə edib. O, son uğuruna ötən il Azərbaycan Qran-prisində sahib çıxıb. Növbəti Qran-pri də məhz 27-29 apreldə Bakıda təşkil olunacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top